Kuleba: Vilnüs sammitindən sonra Ukraynanın NATO-ya yolu qısalacaq


NATO-nun Vilnüs sammitindən sonra Ukraynanın NATO-ya yolunun qısalacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. "Ukrayna və NATO üçün bir sıra mühüm qərarlar artıq razılaşdırılıb. Zirvə toplantısı nəticəsində bizim Alyansa gedən yolumuz mütləq qısalacaq. Və bu, çox vacib bir nəticədir, bir çox başqa hallarda olduğu kimi, bizə bunun baş verməyəcəyi deyilmişdi, lakin biz bunu ən yaxın tərəfdaşlarımızla birlikdə etdik", - deyə Kuleba bildirib.

Ukrayna xarici siyasət rəhbəri qeyd edib ki, indi bu aydınlığı gətirmək üçün unikal bir məqamdır: "NATO-nun bu fürsəti əldən verməsi Putinin bütün cəbhələrdə sıxışdırılmalı olduğu bir vaxtda ona hədiyyə etmək deməkdir", - Ukrayna XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, iş həftəsonu, NATO-nun Vilnüs sammitinin bəyannaməsinin qəbul edilməsinin son dəqiqəsinə qədər fasiləsiz olaraq davam edir və davam edəcək.

Xatırladaq ki, NATO sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu