Dörd uşağını öldürdü həbsə düşdü, sonra da əfv edildi


Avstraliya dörd uşağını öldürdüyünə görə 20 il həbs cəzası çəkən Ketlin Folbiqqi əfv edib.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, 2003-cü ildə Yeni Cənubi Uels məhkəməsi Ketlin Folbiqqi 4 övladını öldürməkdə günahkar bilib. O, uşaqlarını hələ lap körpə ilən öldürüb. Müstəntiqlərin fikrincə, 1989-1999-cu illərdə Folbigg uşaqlarını boğub. Bununla belə, fiziki sübut və boğulma əlamətləri aşkar edilməyib. Bütün ittiham şərti sübutlara - qadının gündəliyində körpələrin ölümündə özünü günahlandırdığı qeydlərinə əsaslanıb. Eyni zamanda, bütün məhkəmə prosesində Folbiqqi öz günahsızlığını qoruyub və övladlarının təbii səbəblərdən öldüyünü iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu