Məşhur motosikletçi dünyanın ən təhlükəli yarışında öldü


Dünyanın ən təhlükəli yarışı olaraq xarakterizə edilən və hər il ölümlə nəticələnən qəzaların baş verdiyi "Isle of Man TT" yarışında qəza baş verib.


AFN.az xarici mediya istinadən xəbər verir ki, hadisə nəticəsində məşhur ispan motosikletçi Raul Torras Martinez vəfat edib.

İrlandiya yaxınlığındakı Men adasında keçirilən "Man Adası TT" yarışının təşkilatçıları bildiriblər ki, ispaniyalı sürücü Raul Torras Martinez dünən gecə Supertwin yarışında qəza keçirərək dünyasını dəyişib.

2017-ci ildən bəri TT yarışına qatılan 46 yaşlı sürücünün bu təşkilatda indiyə qədərki ən yaxşı Supertwin nəticəsi keçən il olub, o yarışda 15-ci yeri qazanıb. Dünən günortadan sonra keçirilən Superstock yarışında Martinez 125,47 mil/saat sürətlə ən sürətli dövrə vurub və tarixə ən sürətli dövrə vuran ispan kimi adını yazıb.

İspan sürücü builki "Man Adası TT" yarışında indiyə qədər ölən ilk şəxs olub. 2020-ci ildə COVID pandemiyasından sonra keçirilən ilk yarış ötən il keçirilib və 6 sürücünün faciəvi ölümü ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu