Musk dünyanın ən varlı adamları reytinqinə başçılıq edir


Amerikalı sahibkar və ixtiraçı İlon Mask dünyanın beş yüz ən zəngin adamı siyahısına başçılıq edir.


AFN.az "Bloomberg" indeksinə istinadən xəbər verir ki, milyarderin dövləti 234 milyard dollardır.

Bu statistikaya görə, 2023-cü ilin birinci yarısında Maskın sərvəti 96,6 milyard dollar artıb.

Reytinqdə ikinci yeri sərvəti 200 milyard dollar dəyərində qiymətləndirilən fransız lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arnault tutub. İlin birinci yarısında onun sərvətinin artımı 38,2 milyard dollar təşkil edib.

Dünyanın ən varlı 500 adamı birlikdə ilin birinci yarısında sərvətlərini 852 milyard dollar artırıblar. "Billionaires Index"in hər bir üzvü son altı ayda gündə orta hesabla 14 milyon dollar qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu