İlon Mask dünyanın ən varlı adamı seçilib
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan sahibkar İlon Mask “Hurun” biznes nəşrinin (“Forbes”un Çin versiyası – red.) versiyasına görə, dünyanın ən varlı adamlarının reytinqinə başçılıq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nəşrin saytında dərc olunan hesabatda deyilir.
Araşdırmada onun sərvətinin il ərzində 151 milyard ABŞ dolları artaraq 197 milyard ABŞ dollarına çatdığı göstərilir. Sahibkar əsas gəlirini səhmlərinin 21%-nə sahib olduğu “Tesla”dan əldə edib.
Qlobal reytinqdə ilk üçlükdə həmçinin “Amazon”un qurucusu və rəhbəri Ceff Bezos və “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno da yer alıb. Onların sərvəti müvafiq olaraq 189 və 114 milyard ABŞ dolları həcmində qiymətləndirilib.
“Hurun”un reytinqində ilk dəfə “TOP-10”a çinli milyarder də daxil olub. “Nongfu” brendi ilə içməli su istehsal edən 67 yaşlı Çjun Şanşan 85 milyard ABŞ dolları sərvəti ilə reytinqdə yeddinci yeri tutub.