Avropada turizm COVID-19-dan əvvəlki səviyyələri üstələyir


Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin birinci yarısında mehmanxana və hostel kimi turizm obyektlərində gecələmələrin sayı COVID-19 epidemiyasından əvvəlki səviyyəni keçib.


Avropa Statistika İdarəsi ("Eurostat") 2023-cü ilin birinci yarısında Aİ-yə üzv ölkələrdə turistlərin gecələməsi ilə bağlı məlumat dərc edib.

Epidemiyadan mənfi təsirlənən Aİ turizm sektorunun bu il bərpa olunduğu hesabatda əksini tapıb. Belə ki, bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində yerləşmələrin sayı son 10 ilin birinci yarısında ən yüksək həddə çatıb.

Pandemiyadan əvvəlki 2019-cu ilin ilk 6 ayında 1 milyard 182 milyon olan turizm obyektlərində gecələmələrin sayı 2023-cü ilin eyni dövründə 1 milyard 193 milyona çatıb. Bu isə epidemiyadan əvvəlki 2019-cu illə müqayisədə 11 milyon nəfər çox deməkdir.

Bu ilin ilk 6 ayında gecələmələr ötən illə müqayisədə 12,9 faiz artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu