2023-cü ildə karyerasını bitirən ulduz futbolçular


2022-2023 mövsümünün bitməsi ilə bir çox ulduz adlar futbolu tərk etmək qərarına gəlib.


AFN.az Haber Globala istinadən karyerasını bitirən futbolçuları təqdim edir:



Qeyri-adi qolları və bənzərsiz xarakteri ilə futbol tarixinin ən ikonik adlarından biri olan Zlatan İbrahimoviç futbolçu karyerasını Milanda başa vurub. İsveç əfsanəsi Ayaks, Yuventus, İnter, Barselona, ​​Milan, PSJ, Mançester Yunayted kimi Avropanın nəhəng klublarında çıxış edib və bir çox kuboklara yiyələnib.



Emmanuel Adebayor "Arsenal", "Mançester Siti" və "Tottenhem" forması ilə Premyer Liqada bir çox matça çıxıb və əfsanəyə çevrilib. Toqolu ulduz Başakşehir və Kayserispor komandalarında da çıxış edib.



Tottenhemdə parlayan Qaret Beyl Real Madriddəki uğurları ilə adını futbol tarixinə yazdı. Uelsli oyunçu son olaraq MLS-də Los Angeles FC-də oynadıqdan sonra təqaüdə çıxmaq qərarına gəlib.



Türkiyə futbolunun əfsanəvi adlarından olan Burak Yılmaz bu həftə keçirdiyi mətbuat konfransında futbolu tərk etdiyini açıqlayıb. “Kral” ləqəbli hücumçu “Lill”, “Fortuna Sittard” və “Beijing Gouan” kimi komandalarda, həmçinin türkiyənin 4 böyük komandasında da çıxış edib.



Fernando Llorente İspaniya Milli Komandası ilə Dünya Kuboku və Avropa Çempionatının sevincini yaşayıb. O, Yuventus, Tottenham, Napoli, Sevilla kimi komandalarda oynayıb.



Real Madrid, Arsenal və Almaniya Milli Komandasında göstərdiyi performansla dünyanın ən yaxşı futbolçuları arasında göstərilən Məsut Özil Fənərbaxça və Başakşehirdə də top qovduqdan sonra zədə səbəbindən butslarını asıb.



İspaniya futbolunun əfsanəvi adlarından biri, “Real Betis”in uğurlu futbolçusu Xoakin Sançes 41 yaşında futbolla vidalaşıb.



Joao Miranda "Atletiko Madrid" forması ilə qazandığı uğurlarla İspaniya komandasının əfsanələrindən birinə çevrilib. Müdafiəçi vətəni Braziliyanın "San Paulo" klubunda oynadıqdan sonra karyerasını başa vurub.



Marek Hamsik A Seriyasının komandalarından biri olan "Napoli"nin əfsanəsi oldu və "Trabzonspor"un uzun illərdən sonra gələn çempionluğunda böyük rol oynadı. Slovakiyalı futbolçu "Alanyaspor" matçından sonra peşəkar futbol həyatına son qoyub.



Bu il karyerasını son verən Yunanıstanlı Kostas Mitroglou da bir müddət "Qalatasaray"da çıxış edib və çempionluğun dadını çıxarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu