Gömrük Komitəsini ittiham edən azərbaycanlı biznesmen Rusiyada saxlanıldı


Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı Anar Hüseynova məxsus "Andi" MMC-nin istehsal etdiyi "Cənab Sidr" içkisi bir neçə insanın ölümünə səbəb olub.


AFN.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, adıçəkilən içki 30-dan çox insanın ölümünə və 100-ə yaxın insanın zəhərlənməsinə səbəb olduğu üçün Rusiya hüquq-mühafizə orqanları həbslərə başlayıb.

Aparılan əməliyyat çərçivəsində "Andi" MMC-nin rəhbəri həbs edilib. Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Hüseynovun əməli təsdiqlənərsə onun 10 ilə qədər həbs olunacağı bildirilir.

Həmin işlə əlaqədar "Lion Centre" MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov da saxlanılıb. O, "Andi" MMC şirkətinin meneceri kimi fəaliyyət göstərirmiş.

R.Aslanov Çindən Azərbaycana məişət avadanlıqlarının gətirilməsi ilə tanınıb. Bir müddət əvvəl o, Dövlət Gömrük Komitəsinə ittihamları ilə gündəmə gəlmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu