Putin։ Ukraynanın hücumu başlayıb


Əminliklə demək olar ki, hücum başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir, lakin Ukrayna Silahlı Qüvvələri qarşıya qoyduğu məqsədlərə çatmayıb və böyük itkilər verir.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB hökumət başçılarının görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Ukraynanın hücumunun başlaması barədə daha əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi: "Ukrayna əks-hücum əməliyyatı artıq başlayıb, lakin Ukrayna Silahlı Qüvvələri cəbhənin heç bir sektorunda öz məqsədlərinə nail olmayıb".

Putin qeyd edib ki, Ukrayna qoşunlarının itkiləri klassik üçə bir göstəricilərini üstələyir, lakin sonrakı hücum potensialı hələ də qalır. "Düşmən heç bir sektorda uğur qazana bilmədi. Bütün bunlar əsgərlərimizin şücaəti və qəhrəmanlığı, qoşunların düzgün təşkili və komandanlığı sayəsində əldə olunub", - deyə o bildirib.

Putin Rusiya silah istehsalının hələ də kifayət qədər olmadığını qeyd edərək, sürətlə inkişaf edən müdafiə sənayesinin bu problemləri həll edəcəyinə ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu