Uşaq parkında partlayış zamanı 22 uşaq həyatını itirib


Somalidə uşaq parkında raketin partlaması nəticəsində 22 uşağın öldüyü bildirilib.


Aşağı Şabel bölgəsinin rəsmilərindən olan İbrahim Malabow mətbuata açıqlamasında uşaqların oynadığı ərazidə partlayış baş verdiyini bildirib.

Malabow raketin partlaması nəticəsində uşaqlardan 22-nin öldüyünü, 3-nün isə yaralandığını açıqlayıb.

Əl-Şəbab terror təşkilatını günahlandıran Malabow, ölən uşaqlardan 16-nın oğlan, 6-nın isə qız olduğunu bildirib. Hadisənin baş verdiyi əraziyə nəzarət edən Əl-Şəbab, partlayışın Afrika İttifaqının Somalidəki keçid missiyasının atdığı əl qumbarası nəticəsində baş verdiyini iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu