"Əlifba müdrikliyin ilk pilləsidir" devizi altında əlifba bayramı keçirilib- VİDEO


Bakı Avropa liseyinin 1a3 sinfinin təqdimatında "Əlifba müdrikliyin ilk pilləsidir" devizi altında maraqlı və baxımlı Əlifba bayramı keçirilib.


AFN.az xəbər verir ki, ritmika müəllimi Günay Əliyeva və sinif rəhbəri Rəna Ağayevanın təşkilatçılığı ilə şagirdlərin hazırladığı əlifba bayramı uzun müddət xatirələrdən silinməyəcək. Balaca fidanlar nə bacarıqları var idisə hamısını səhnədə göstərməyə can atıblar. Rəngarən səhnələr, maraqlı çıxışlar, rəqs nümunələri, şən musiqilər baxanları heyran edir.
Günay Əliyeva və Rəna Ağayevanın tədris ili ərzində min bir əziyyətlə yetişdirdikləri şagirdləri tədbir boyunca öz məharətlərini mükəmməlcəsinə nümayiş etdiriblər.

Tədbirin yekununda məktəb direktoru Zülfiyyə Veysova, direktor müavinləri Ülkər Mirzəyeva, Səbinə Bayramova və Rəhilə Əliyarzadə çıxışlarında şagirdlərin və müəllimlərin əziyyətini yüksək qiymətləndirib, baxımlı tədbir üçün Günay və Rəna müəllimələrə təşəkkür ediblər.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu