ABŞ-ın Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatı olub - Politoloq


Bu gün Laçın sərhəd-keçid məntəqəsində baş verən təxribatla bağlı maraqlı versiya var.


AFN.az xatırladır ki, səhər saatlarında sərhəd-keçid məntəqəsində ermənilərin təxribatı nəticəsində hərbçimiz yaralanıb. Belə ki, bayraq qaldırmaq istəyən hərbçilərimiz erməni silahlıları tərəfindən atəşə tutulub. Maraqlıdır ki, bu zaman Rusiyanın ərazidəki hərbi kontingentinin nümayəndələri də hərbçilərimizin yanında olublar.

Politoloq Elxan Şahinoğlu ABŞ-ın Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olduğunu bildirib: "Dövlət Departamenti yenə onluğa vurdu. Bir neçə gün əvvəl vətəndaşlarını xəbər etmişdi ki, Azərbaycan-Ermənistan sərhədindən uzaq dayansınlar. Vaşinqton Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olub. ABŞ İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl də vətəndaşlarına oxşar xəbərdaqlıq etmişdi. ABŞ kəşfiyyatı dünyanın hər yerində olduğu kimi, Cənubi Qafqazda da fəaldır, təsadüfi deyil ki, ABŞ-ın keçmiş SSRİ məkanında ən böyük səfirliyi Ermənistandadır".

Politoloq qeyd edib ki, Ermənisitan ordusunun Laçın sərhəd-keçid məntəqəsinə qarşı bugünkü təxribatı Qarabağ ermənilərinə zərər vurub: "Ermənilər bu sərhəd keçid məntəqəsindən istifadə edərək Qarabağdan çıxa və qayıda bilərlər. Təxribat nəticəsində sərhəd-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb. Nəticədə ermənilər sərhəd-keçid məntəqəsindən istifadə edə bilməyiblər. Sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edəndən sonra yenə təxribat olarsa, sərhəd yenidən qapanacaq, bu, Qarabağ ermənilərinə çətinlik yaradacaq, xəstələri Ermənistana gedə bilməyəcək, ərzaq daşınması dayandırılacaq. Ona görə də Qarabağ ermənilərinin bugünkü insidentə görə iradları Ermənistan hərbçilərinə ünvanlanmalıdır".

Qeyd edək ki, hadisədən sonra həmin ərazidə hərbi qarşıdurma yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu