Zəlzələ Fransada dağıntılara səbəb olub


Fransada baş verən zəlzələ nəticəsində bir neçə binaya ciddi ziyan dəyib.


AFN.az xəbər verir ki, təbii hadisənin nəticələri barədə yerli mediada məlumat verilib.

Sevr Prefekturasının mətbuat xidməti zəlzələ nəticəsində bir nəfərin xəsarət aldığını bildirib. Artıq xilasedicilərin ona kömək etdiyi qeyd edilir.

Hadisədən sonra yerli hakimiyyət orqanları kilsələrdən birinin ətrafında təhlükəsizlik perimetri yaradıb.

Fransada zəlzələ iyunun 16-da axşam saatlarında baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, 5,3 bal gücündə seysmik hadisənin episentri ölkənin qərbində yerləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu