Taylandda rusiyalı kişi döyülüb


Tailandın məşhur kurortu olan Pattayada istirahət edən rusiyalı turist gecə barının mühafizəçiləri tərəfindən ictimaiyyət qarşısında döyülüb.


AFN.az-ın xəbərinə görə, bu barədə “Bangkok Post” yazır.

Qeyd olunur ki, bazar ertəsi, iyunun 19-u səhər saat 3:30-da Tailandın məşhur kurortunun polisinə dava barədə siqnal daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları sifəti qanlı və qan içində olan rusiyalını aşkar ediblər.

Hadisənin şahidləri səyyahın şiddətli döyülməsinin səbəblərini polisə danışıblar. Onların dediyinə görə, 33 yaşlı kişi barda içki içib və hesabı ödəmədən çıxıb gedib, ardınca iki-üç mühafizəçi gəlib. Onların arasında qızğın mübahisə yaranıb.

Nəticədə qurumun əməkdaşları rusiyalını digər ziyarətçilərin gözü qarşısında döyərək naməlum istiqamətdə yoxa çıxıblar. Xəsarət alan turist polis bölməsinə aparılıb və o, bardan şikayət edib. Hazırda polis hadisəni törədənlərin kimliyini müəyyən etmək üçün araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu