Tramp İrana hücumun gizli planı ilə bağlı xəbərlərə reaksiya verib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonun İrana hücum etmək üçün gizli hərbi planı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AFN.az xəbər verir ki, bu barədə The New York Post yazıb.

Onun sözlərinə görə, general Mark Millli ilə mübahisə zamanı belə bir planının olduğunu iddia etməsinə baxmayaraq, belə bir sənəd heç vaxt olmayıb.

Bundan əvvəl Pentaqon İranla münaqişənin gərginləşməsi ilə bağlı ABŞ-ın mövqeyini açıqlamışdı. Agentliyin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin hücumlara tez və qətiyyətlə cavab vermək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu