ABŞ İrana hücum etməyə hazırlaşır? - İDDİA


Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyir ki, bəzi qüvvələr ABŞ prezidenti Co Baydeni İrana hücum etməyə razı salmağa çalışırlar. O, bu fikri "Judging Freedom" YouTube kanalına müsahibəsində bildirib.


Xüsusilə, onun sözlərinə görə, prezidentə uzun illər İrana hücum etmək istəyən respublikaçı senator Lindsey Graham və onun keçmiş həmkarı Cozef Liberman tərəfindən təzyiqlər edilir. Polkovnikin qeyd etdiyi kimi, onlar indi Amerikanın hazırkı rəhbərliyini manipulyasiya edir, onu öz niyyətlərini həyata keçirməyə sövq edirlər. "Onların heç bir təhrikə ehtiyacı yoxdur, Baydenin kabinetində İrana hücumda maraqlı olan çoxlu adam var" - deyə keçmiş nazir bildirib.

Makqreqor həmçinin vurğulayıb ki, Amerika hökumətinin bir çox nümayəndəsi İranla qarşıdurma ideyasına o qədər həvəslidir ki, Yaxın Şərqdəki münaqişənin digər aspektləri arxa plana keçir. Bununla belə, o əlavə edib ki, hücum olacağı təqdirdə ABŞ Suriya, Türkiyə və Rusiya da daxil olmaqla, qarşıdurmada iştirak edən digər dövlətlərlə də məşğul olmalı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu