Amerikalı MMA döyüşçüsü məşq zamanı ölüm təhlükəsilə üzləşib


Amerikalı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Kris Lenzioni məşq zamanı ürəktutması keçirib.


AFN.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Döyüşçünün həyat yoldaşı bildirib ki, hadisə iyunun 8-də baş verib. Zalda olan idmançılar Lencioniyə ilkin tibbi yardım göstərib və həkimləri çağırıblar. Kişi təcili xəstəxanaya yerləşdirilib. Onun xəstəxanada reanimasiya şöbəsində olduğu qeyd edilir.

28 yaşlı Lencioni Bellatordakı çıxışları ilə tanınır. Peşəkar karyerasında 11 qələbə qazanıb, üç dəfə məğlub olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu