Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb
Rusiya ordusu iyunun 22-də günorta saatlarında Ukraynanın Xerson şəhərini atəşə tutub.
“Report” xəbər verir ki, bunu Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.
O bildirib ki, yaşayşı binasının atəşə tutulması nəticəsində 2 mülki şəxs həlak olub, daha 2 nəfər yaralanıb.