Rusiya Zaporojyeni atəşə tutub, 2 nəfər həlak olub, 4 nəfər yaralanıb


Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa kəndindəki çoxmərtəbəli binanı atəşə tutub.


“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye hərbi vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində 2 nəfər dinc sakin həlak olub, 4 mülki şəxs yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu