Rusiya ordusu Xersonu atəşə tutdu: 7 nəfər həlak olub
Rusiya ordusu dünən gecə Ukraynanın Xerson vilayətini atəşə tutub.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.
Bildirilib ki, hücum nəticəsində ümumilikdə 7 nəfər həlak olub. Onlardan 2-si uşaqdır.
Məlumata görə, Rusiyanın hərbi təcavüzü nəticəsində 13 nəfər yaralanıb.