Yellen: Dünya ABŞ və Çinin iki ən böyük iqtisadiyyat kimi birgə işləməsini gözləyir


Dünya ABŞ və Çinin iki ən böyük iqtisadiyyat kimi birlikdə işləməsini gözləyir.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Naziri Janet Yellen cümə günü Parisdə kasıb ölkələrin borclarının yüngülləşdirilməsi və iqlimin maliyyələşdirilməsinə dair sammitdə deyib.

Çinin baş naziri Li Qian və digər liderlərlə birlikdə sammitdə çıxış edən ABŞ maliyyə naziri bildirib ki, ABŞ və Çinin dünyanın iki ən böyük iqtisadiyyatı olaraq qlobal məsələlərdə birlikdə işləmək öhdəliyi var.

"Bizim edə biləcəyimiz və dünyanın bizdən istədiyi budur", - deyə Yellen əlavə edib.

Xatırladaq ki, bu həftə ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edib və orada sammit danışıqları aparıb. Lakin bu hadisədən dərhal sonra ABŞ prezidenti Co Bayden son çıxışlarının birində Çinin sədri XI Cinpini “diktator” adlandırıb və bu, Pekində qəzəb doğurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu