Dövlət Departamenti: ABŞ və Çinin münasibətləri yumşaltmaq istəyi var


ABŞ və Çin münasibətləri sabitləşdirmək və rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almaq istəklərini bildiriblər.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Qin Qanq bazar günü keçirilən görüşündə vurğulanıb.

ABŞ Dövlət Departamentinin rəsmiləri jurnalistlərə bildiriblər ki, Blinken Pekində keçirilən görüşdə ABŞ-ın Çindən ayrılmaq istəmədiyini çox açıq şəkildə ifadə edib və iki tərəfin bir sıra cəbhələrdə irəliləyiş əldə etmək üçün danışıqları davam etdirəcəyi barədə razılıq əldə olunub.

Xatırladaq ki, ABŞ dövlət katibi Pekində iki günlük səfərdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu