Putin məhkumların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb


Rusiya prezidenti Putin müqavilə əsasında məhkumların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.


Rusiya lideri Vladimir Putin ağır cinayət törətmiş şəxslərdən başqa məhkumların müqavilə əsasında hərbi xidmət keçməsinə icazə verən qanunu imzalayıb.

Sputnik-in xəbərinə görə, qanunda səhhətində müəyyən problemlər olan və adi şərtlərlə qulluğa qəbul olunmayan vətəndaşların səfərbərlik və müharibə vəziyyətində ordu ilə müqavilə bağlaya bilməsi də nəzərdə tutulub.

Sözügedən qanun keçən həftə müvafiq olaraq Rusiya parlamentinin aşağı palatası Duma və yuxarı palatası Federasiya Şurası tərəfindən təsdiqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu