Moskvada tətil elan edilib
Moskva meri Sergey Sobyanin bazar ertəsi Moskvada tətil elan edildiyini açıqlayıb.
Çətin vəziyyətdə olduqlarını deyən Sobyanin əlavə edib ki, şəhərdə bəzi yollar və ya məhəllələr nəqliyyata bağlana bilər.
Moskva meri Sergey Sobyanin Telegram-da bildirib ki, “Moskvada antiterror əməliyyatı elan edilib və bazar ertəsi riskləri minimuma endirmək üçün qeyri-iş günü olacaq.
O, moskvalılardan mümkün qədər şəhəri gəzməkdən çəkinmələrini istəyib.