Moskvaya PUA hücumu
Rusiyanın paytaxtı Moskvada Ukraynanın iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi, ölən və yaralanan olmadığı açıqlanıb.
Moskva meri Sergey Sobyanin bildirib ki, yerli vaxtla saat 04:00 radələrində iki pilotsuz təyyarə Moskvaya hücum edib.
Pilotsuz təyyarələrin iki boş binaya dəydiyini qeyd edən Sobyanin, hücumlar nəticəsində ölən və yaralanan olmadığı barədə məlumatı paylaşıb.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada İHA hücumlarının Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.