Cinayət işi dayandırıldı: "Vaqner" avadanlıqları təhvil verməyə hazırlaşır

Federal Təhlükəsizlik İdarəsi "Vaqner" qrupuna qarşı "silahlı üsyana görə" açılmış cinayət işini dayandırıb.
Rusiya Müdafiə Nazirliyi Vaqner qrupunun əlindəki texnikanı müdafiə nazirliyinə təhvil verməyə hazırlaşdığını açıqlayıb.
Bu barədə RİA xəbər agentliyi məlumat yayıb.
Vaqner döyüşçüləri şənbə günü Moskvaya doğru irəliləyərək, Ukraynadakı müharibəni düzgün idarə etmədiyi iddiası ilə Rusiya hərbi rəhbərliyinin istefaya göndərilməsini tələb ediblər. Daha sonra onlar qəfil üsyanlarına son qoyublar və Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə razılaşma əsasında bazaya qayıdıblar.