İspaniyada əmlak qiymətlərini qaldıran şok səbəb


Avropa və ABŞ-dan zəngin alıcıların axını ilə əlaqədar İspaniyada əmlak qiymətləri artmağa başlayıb.


AFN.az Bloomberg-ə istinadən xəbər verir ki, zəngin avropalıların və amerikalıların bu ölkədə mənzil almağa tələsməsi son vaxtların diqqətçəkən mövzusudur.

2023-cü ilin ilk üç ayında İspaniyanın Malaga əyalətində əcnəbilərə 3,4 mindən çox ev satılıb. Nəticə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18 faiz yüksək olub. Pandemiyanın başlanğıcından bu bölgədə villaların qiyməti 39 faiz artıb. Malagadakı evlər orta hesabla 1,3 milyon dollara satılır ki, bu da Madrid və ya Barselonadakı evlərdən daha bahadır.

Hazırda İspaniya ultra yüksək gəlirli insanlar arasında ev almaq üçün ən populyar üç ölkədən biridir. "Knight Frank" ekspertləri əyalətdə istehlakçı marağının artımını bir çox işçilərin uzaqdan işə keçməsi, İspaniyaya isə marağı - dolların möhkəmlənməsi və ölkə iqtisadiyyatına investisiya yatırmaqla yaşayış icazəsi almaq imkanı ilə əlaqələndirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu