Rusiya Britaniyadan Skripallarla bağlı məlumat istəyir


Rusiya Böyük Britaniyadan Sergey və Yuliya Skripal haqqında məlumat istəyib.


AFN.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O, deyib ki, Moskva 2018-ci ildə Solsberidə Rusiya tərəfi tərəfindən zəhərlənən Skripalların harada olması barədə məlumat gözləyir.

Bundan əvvəl Rusiyanın Böyük Britaniyadakı səfirliyi Britaniya hakimiyyətini 2018-ci ildə Solsberidə keçmiş QRU polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı insidenti uydurmaqda ittiham edib. Diplomatik nümayəndəliyin məlumatına görə, London bu addımı əhalisini Rusiya ilə qarşıdurmaya hazırlamaq çərçivəsində atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu