Birləşmiş Millətlər Təşkilatı: "Bütün ölkələr mühacirlərə hörmət etməlidir"


Birləşmiş Millətlər Təşkilatı Yunanıstanın 84 immiqrantı Türkiyə ərazi sularına sıxışdırması ilə bağlı, "Bütün ölkələr mühacirlərə hörmət etməlidir" bəyanatını verib.


BMT sözçünün müavini Farhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualı cavablandırıb.

Yunanıstanın miqrantları Türkiyənin ərazi sularına sıxışdırmasının beynəlxalq hüquqa zidd olub-olmaması ilə bağlı suala Haq bildirib ki, Cenevrə ofisi əvvəlcə məsələ ilə maraqlanıb.

"Bütün ölkələr immiqrantlara hörmət etməlidir. Onlar immiqrantların ləyaqətini və təhlükəsizliyini təmin etməlidirlər", - deyə Haq bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu