Netanyahu Cenin əməliyyatının başa çatdığını elan etdi


"İsrail Fələstin şəhərlərində terrorçulara qarşı genişmiqyaslı hərbi reydləri davam etdirəcək".

Bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu çərşənbə axşamı İsrail ordusunun Cenin əməliyyatına komandanlıq etmək üçün İDF-nin irəli bazasını ziyarət edərkən deyib.

Netanyahu İsrail ordusunun əsgərlərini Cenində bir çox terror infrastrukturunu məhv etdiklərinə görə alqışlayıb və bunun bir çox terror hücumlarının qarşısını aldığını vurğulayıb.

O, "Hazırda biz missiyanı başa vururuq və deyə bilərəm ki, Cenindəki geniş aksiyamız birdəfəlik tədbir deyildi. Terrorun kökünü kəsmək üçün nə qədər lazımdırsa davam edəcəyik. Ceninin terror üçün təhlükəsiz sığınacaq olmasına icazə verməyəcəyik” ifadələrini işlədib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu bazar ertəsi gecə Cenini “terror sığınacağı” adlandıraraq, şəhərdəki terrorla mübarizə əməliyyatının məqsədlərinə çatana qədər davam edəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu