Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyinə söz verib


İsrail Baş naziri Benyamin Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyini deyib.

AFN.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısı müraciətində bildirib.

"Biz çətin müharibədəyik. Bu, uzun bir müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz, eyni zamanda ağrılı itkilərimiz var. Bilirik ki, əsgərlərimizin hər biri ayrıca bir dünyadır. Bütün İsrail xalqı sizi, ailələrinizi ürəkdən qucaqlayır. Belə kədərli bir zamanda hamımız sizinləyik. Əsgərlərimiz müharibədə, evimiz uğrunda gedən müharibədə həlak olublar. Sizə İsrail vətəndaşlarına söz verirəm: işi başa çatdıracağıq. Qələbəyə qədər davam edəcəyik", Netanyahu bildirib.

Qeyd edək ki, bu gün son rəsmi açıqlamaya görə, İsrail Qəzzada quru əməliyyatlara başladığı 27 oktyabrdan bu günə qədər 12 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu