İranın cənubunda 1,4 tondan çox narkotik müsadirə edilib


İranın cənubundakı Hörmüzqan vilayətinin polis rəisi, briqada generalı Əli Əkbər Cavidan əyalətdə böyük miqdarda narkotik partiyasının ələ keçirildiyini açıqlayıb.


Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

Generalın sözlərinə görə, Bəndər-e-Lenqi, Minab, Kamir və Xaciabad şəhərlərinin polis qüvvələrinin kəşfiyyat fəaliyyəti nəticəsində ümumilikdə 1430 ton narkotik vasitə, o cümlədən 1420 ton tiryək və 10 kq narkotik vasitə aşkarlanıb. Bununla bağlı narkotik vasitələri daşıyan 8 avtomobil saxlanılıb, 9 qaçaqmalçı saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu