Rusiyada 8 ayda 17,5 tondan çox narkotik vasitə müsadirə edilib


Rusiya Daxili İşlər Nazirliyi 2023-cü ilin səkkiz ayı ərzində Rusiyada 17,5 tondan çox narkotik vasitə müsadirə edildiyini açıqlayıb.


TASS-ın xəbərinə görə, ötən illə müqayisədə narkotik vasitələrin satışı ilə bağlı törədilən cinayətlər 17% artıb.

Bundan əvvəl “Ayıq Rusiya” hərəkatının lideri Sultan Həmzəyev bəyan etmişdi ki, Dövlət Dumasının deputatları vaxtaşırı narkotik müayinəsindən keçməlidirlər. Onun fikrincə, bu, “qəfil” yoxlamalar üçün fərdləri seçə bilən süni intellektin köməyi ilə edilə bilər.

Həmzəyev təklifini artıq Səhiyyə Nazirliyinə göndərib. O, dövlət və bələdiyyə işçilərini, bütün səviyyəli deputatları xəbərdarlıq etmədən sınaqdan keçirməyə çağırıb. Nəticələr, onun fikrincə, həm işə qəbul zamanı, həm də gələcəkdə nəzərə alınmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu