Srebrenitsa soyqırımının daha 30 qurbanı dəfn edilib


Bosniya və Herseqovinanın şərqində, 1995-ci ildə Srebrenitsada törədilən soyqırımın qurbanlarından 30 nəfərinin cənazəsi Potoçari Memorial Qəbiristanlığında dəfn edilib.


İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük bəşəri faciəsi sayılan və ən azı 8372 Bosniyalı mülki vətəndaşın Serbiya qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi soyqırımın 30 qurbanı üçün Potoçari Memorial Qəbiristanlığında mərasim keçirilib.

Mərasimə Bosniya və Herseqovina dövlət rəsmiləri ilə yanaşı, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, AK Partiya sədr müavini Efkan Ala, ölkədəki diplomatik nümayəndəliklərin rəhbərləri və həlak olanların yaxınları qatılıb.

Qurbanların cənazə namazını Bosniya və Herseqovina İslam Birliyinin (Dini İşlər) sədri Hüseyn Kavazoviç qılıbı.

Şəhidlər üçün duadan sonra adları bir-bir oxunan 30 soyqırım qurbanının cənazələri əvvəlcədən hazırlanmış məzarlarına aparılaraq yaxınları tərəfindən dəfn edilib.

Soyqırım qurbanlarının dəfni zamanı emosional anlar yaşanıb, həm ailələri, həm də dəfn prosesinin iştirakçıları göz yaşlarını saxlaya bilməyiblər.

Bu il dəfn edilən 30 soyqırım qurbanından ən gənci öldürüləndə 15 yaşı olan Elvir Salçinoviç, ən yaşlı qurbanı isə 65 yaşında öldürülən Nezir Muminoviçdir.

Ata və oğul birlikdə dəfn edilib

Bu il dəfn edilən qurbanlar arasında dörd azyaşlı da var. Öldürüləndə 15 yaşında olan Elvir Salçinoviçlə yanaşı, öldürüləndə 16 yaşında olan Mustafa Mekaniç, Esed Klempic və 17 yaşlı Semir Doziç də dəfn edilib.

Srebrenitsada qətlə yetirilən ata və oğul Vejsil və Hasib Muyanoviç də yan-yana dəfn edilib.

28 ildə Holokostda dəfn edilənlərin sayı 6751 nəfərə yüksəlib

11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında Serb qoşunları tərəfindən Srebrenitsanın işğalından dərhal sonra BMT nəzdində Hollandiya əsgərlərinə sığınan mülki bosniyalılar serblərə təhvil verilib.

Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə getməsinə icazə verən serblər meşələrdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini öldürüb, öldürülənlər isə kütləvi məzarlıqlarda basdırılıb.

Müharibədən sonra itkin düşənlərin tapılması istiqamətində aparılan işlər zamanı cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar, şəxsiyyətləri müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn edilir.

Bu arada Potoçari Memorial Qəbiristanlığında dəfn edilən soyqırım qurbanlarının sayı 6751-ə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu