İsveç Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək


İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.


"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

"İsveç bizə üçtərəfli protokolda nəzərdə tutulduğu kimi bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək, bundan sonra biz protokolu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək", - Ərdoğan bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu