Şimali Koreya ABŞ-ı Şimal-Şərqi Asiyanı nüvə müharibəsinə sürükləməkdə ittiham edir


Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq bildirib ki, ABŞ Şimal-Şərqi Asiya regionunu nüvə müharibəsinə sürükləyir.


Kim, iyulun 12-də Pxenyanın ballistik raket atmasından sonra toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) fövqəladə sessiyasında danışıb.

Şimali Koreyanın raket sınağını müdafiə edən Kim, bu sınaqların Pxenyanın özünümüdafiə hüququ olduğunu bildirib.

ABŞ-ın iyunun 16-da Cənubi Koreyaya dünyanın ən böyük sualtı qayıqları olan “Ohayo sinifli” idarə olunan raket sualtı gəmisi “USS Michigan”ı yerləşdirməsinin regional gərginliyi artırdığını vurğulayan Kim, ABŞ-ı “Şimal-Şərqi Asiya regionunda nüvə müharibəsinə sövq etməkdə” ittiham edib. .

Sınaqın qonşu ölkənin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyini qeyd edən Kim, raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü xatırladıb.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da ABŞ-ın Şimali Koreyaya artan hərbi təzyiqini və Koreya yarımadasında strateji silah yerləşdirməsini tənqid edib.

ABŞ və digər ölkələrin Şimali Koreyaya qarşı sanksiyalarının ölkəni ekzistensial təzyiq altına qoyduğunu iddia edən Zhang, ölkənin öz qanuni narahatlıqlarının heç vaxt həll edilmədiyini söyləyib.

Bölgədəki gərginliyin dialoq və danışıqlar yolu ilə azaldıla biləcəyini bildirən Zhang ABŞ və Şimali Koreyanı danışıqlara yenidən başlamağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu