"Isuzu" Rusiya bazarından çəkildi


Yapon pikap istehsalçısı "Isuzu" Ukrayna ilə müharibədən sonra istehsalını davam etdirə bilmədiyi üçün Rusiya bazarından çəkildiyi bildirib.


Ölkənin rəsmi "Kyodo" agentliyinin bazar mənbələrinə əsaslanan xəbərinə görə, "Isuzu" Rusiya bazarı ilə bağlı son qərarını verib.

Bildirilir ki, şirkət 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumlarından sonra hissələrin tədarükü problemi səbəbindən dayandırdığı istehsalı yenidən başlada bilməyib. Fasilə Yaponiya firmasına 2022-ci maliyyə ilini əhatə edən 2022-ci ilin aprel-2023-cü ilin mart dövründə 1,7 milyard yen (12 milyon dollar) məbləğində əlavə maliyyə itkisinə səbəb oldu.

"Isuzu" istehsalın kəsilməsi, hissələrin tədarükü problemi, maliyyə itkisi və Rusiya bazarından çəkilmə kimi faktorlar qarşısında istehsalı davam etdirməyəcəyini açıqlayıb.

Bildirilib ki, yapon şirkətinin səhmləri Rusiyanın “Sollers” avtomobil istehsalçısına satılıb.

2008-ci ildə Rusiyada istehsala başlayan pikap istehsalçısı, internet saytındakı son məlumatlara görə, 2021-ci ildə bu ölkədəki müəssisəsində 3700 avtomobil istehsal edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu