"Swarovski" Rusiyada fəaliyyətini dayandırdı: onlayn satış da olmayacaq


Dünyanın bir sıra böyük şirkətlərinin Rusiya bazarlarını tərk etməsi prosesi davam edir. Bu dəfə Avstriyanın "Swarovski" konserni Rusiya bazarından çıxdığını açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, şirkət çıxışı başa çatdırdığını bildirib. Bu haqda şirkətin rəhbəri Aleksis Nazard açıqlama verib.

"Bu il elan edilən "Swarovski"nin Rusiyadan tam çıxarılması artıq başa çatıb", – deyə Nazard bildirib.

2022-ci ilin mart ayında "Swarovski" Rusiyada satışını dayandırıb. Marka həmçinin bu ölkəyə onlayn satışı da dayandırıb.

"Swarovski AG" boş kristalların, zərgərlik məmulatlarının, kristal heykəlciklərin istehsalı və sintetik və təbii qiymətli daşların kəsilməsi üzrə ixtisaslaşan Avstriya şirkətidir. Şirkət həmçinin optik avadanlıq, lampalar və çilçıraqlar istehsal edir.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu başlayandan bəri onlarla böyük şirkət Rusiya bazarlarını tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu