Aİ zəlzələ ilə əlaqədar Suriyaya qarşı sanksiyalardan imtina müddətini uzadıb


Avropa İttifaqı (Aİ) humanitar yardımların sürətlə çatdırılması üçün Kahramanmaraş mərkəzli zəlzələlər səbəbiylə Suriyaya tətbiq edilən sanksiyalardan istisnaların 6 ay müddətinə uzadıldığını açıqlayıb.


Qurumdan verilən açıqlamada, bəzi sanksiyalar üçün 23 fevral 2023-cü ildə 6 ay müddətinə başlayan istisnaların 24 fevral 2024-cü ilə qədər uzadıldığı bildirilir.

Qeyd olunub ki, güzəştlər arasında sanksiyalar siyahısında olan bəzi şəxslərə və təşkilatlara tətbiq edilən aktivlərin dondurulması və iqtisadi resursların və vəsaitlərin verilməsinə qadağalar daxildir.

İstisnanın məqsədinin Suriyada humanitar yardım fəaliyyəti həyata keçirən beynəlxalq yardım təşkilatlarının və müəyyən kateqoriyalı yerli qurumların əməliyyatlarını asanlaşdırmaq olduğu vurğulanıb.

Aİ 2011-ci ildən Suriya hökumətinə və onun tərəfdarlarına qarşı sanksiyalar tətbiq edir.

Aİ administrasiyası bildirir ki, sanksiyalar ərzaq, dərman və tibbi ləvazimatların ixracını əhatə etmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu