Almaniyada məktəblərdə ifrat sağçı insidentlərin sayı artıb
Almaniyanın şərqindəki Türingiya, Meklenburq-Ön Pommern və Brandenburq əyalətlərində məktəblərdə ifrat sağçı insidentlərin artdığı bildirilir.
Almaniyanın təkcə Brandenburq əyalətindəki məktəblərdə Hitler salamı vermək, kitablara svastika çəkmək, irqçi təhdidlər kimi hadisələrin sayının 100-ə çatdığı bildirilib. Türingiyada 91, Meklenburq-Ön Pommern bölgəsində isə 48 ifrat sağçı hadisənin qeydə alındığı vurğulanıb.
Qeyd olunub ki, ötən tədris ilində məktəblərdə ifrat sağçı insidentlər Brandenburqda 60, Türingiyada isə 30 olub, Meklenburq-Ön Pomeraniyada isə çox aşağı göstərici müşahidə olunub.
Qeyd olunub ki, bəzi başqa ştatlar bu məsələ ilə bağlı statistika aparmır, yalnız polisin hesabatlarına əsaslanaraq aparırlar.
Təhsil naziri Bettina Stark-Watzinger qəzetə açıqlamasında, "Brandenburq əyalətindəki məktəblərdə baş verənlər həyəcan təbili çalır. Azadlıq, demokratiya, tolerantlıq və plüralizm cəmiyyətimizin, o cümlədən məktəblərin əsas dəyərləridir. Onlar hər yerdə müdafiə olunmalıdır. Hər kəs buna töhfə verməlidir” - ifadəsini işlədib.
Almaniya hökumətinin antisemitizm rəhbəri Feliks Klein deyib: “Təəssüf ki, “sən yəhudisən” sözü məktəb həyətlərində adi təhqir kimi istifadə olunur”.
Almaniyada məktəblərdə ifrat sağçı insidentlərlə bağlı mübahisə Brandenburq müəllimləri Laura Nikel və Maks Teske aprel ayında onların məktəblərində svastika təsvirləri və Hitler salamı olduğunu bildirdikdən sonra alovlanıb.
Nikel və Teske davam edən təhdidlər səbəbindən məktəbi tərk etmək qərarına gəliblər.