İran: Rusiyanın Fars körfəzindəki adalarla bağlı açıqlamasını qeyri-kafi hesab edirik


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Fars körfəzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə suverenlik mövzusunda mübahisə etdikləri adalarla bağlı Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə birgə bəyanat yayan Rusiyanın Tehranın etirazlarına baxmayaraq, verdiyi açıqlamaları "kafi" qiymətləndirdiklərini bildirib.


İran dövlət televiziyasının məlumatına görə, Abdullahiyan paytaxt Tehrana səfər edən Omanın xarici işlər naziri Bədr bin Hamed əl-Busaidi ilə görüşdən sonra açıqlamalar verib.

Rusiyanın Körfəz ölkələri ilə görüşündən sonra dərc edilən yekun bəyannamədə Fars körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı İranın reaksiyasına səbəb olan açıqlamalara toxunan Abdullahiyan, "İranın ərazi bütövlüyü bu bəyannaməyə daxil edildi. İran müstəqillik və ərazi bütövlüyü baxımından heç bir tərəfə dözüm nümayiş etdirmir" - deyə açıqlama verib.

Sözügedən adaların İran ərazisinin bir hissəsi olduğunu bildirən Abdullahiyan qeyd edib ki, Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırdıqdan sonra diplomatik kanallar vasitəsilə Rusiya səlahiyyətlilərindən açıqlamalar alıblar: "Lakin bu açıqlamaları yetərli hesab etmirik və Rusiya və ya heç bir digər tərəf İranın ərazi bütövlüyü ilə bağlı heç bir bəyanata və ya müdaxiləyə cavab verməyib. Biz sizə qarşı bu proseduru heç vaxt təkrar etməyəcəyik".

Ukraynadakı vəziyyətlə bağlı danışan Abdullahiyan bidirib ki, hər bir ölkənin ərazi bütövlüyünə beynəlxalq hüquq əsasında hörmət edilməlidir: "Biz Ukrayna da daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyünü vurğulayaraq, müharibəni dayandırmaqda və diqqəti siyasi həll yoluna yönəltməkdə israrlıyıq. Münaqişə tərəflərindən siyasi danışıqlar yoluna qayıtmağı xahiş edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu