Fed çoxdan gözlənilən FedNow ödəniş sistemini işə salıb


ABŞ Federal Ehtiyat Sistemi ani ödənişlər üçün yeni sistemi olan "FedNow"u işə saldığını elan edib.


Açıqlamada qeyd olunub ki, istənilən ölçüdə banklar və kredit ittifaqları bu sistemdən istifadə edərək günün istənilən vaxtında müştərilərinə anında pul köçürə bilərlər.

ABŞ Maliyyə Nazirliyinin Maliyyə Xidmətləri Bürosundan əlavə, hazırda 35 bank və kredit ittifaqı "FedNow"dan istifadə edir və 16 xidmət provayderi banklar və kredit ittifaqları üçün ödəniş əməliyyatlarını dəstəkləməyə hazırdır.

Açıqlamada bildirilib ki, sistem tam istifadə olunduğu zaman ani ödənişlər istehlakçılara və müəssisələrə əhəmiyyətli faydalar verəcək, fiziki şəxslər maaşlarını anında alıb həmin gün istifadə edə biləcəklər, kiçik müəssisələr isə əməliyyat gecikmələri olmadan pul vəsaitlərini daha səmərəli idarə edə biləcəklər.

FED sədri Jerome Powell verdiyi açıqlamada bildirib ki, FED gələcək illər üçün gündəlik ödənişləri daha sürətli və daha rahat etməyə kömək etmək məqsədilə "FedNow" xidmətini yaradıb.

Pauell zaman keçdikcə daha çox bankın bu yeni alətdən istifadə etməyə başladığını, fərdlərin maaşlarını dərhal ala biləcəyini və ya şirkətlərin hesabları ödənildikdə vəsaitlərə anında çıxış əldə edə biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu