İndoneziyada orqan alveri ilə bağlı 12 şübhəli həbs edilib


İndoneziya hakimiyyəti 122 nəfəri böyrəklərini satmaq üçün Kambocaya aparmaq ittihamı ilə polis və immiqrasiya məmuru da daxil olmaqla 12 şübhəlini saxlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki. şübhəlilər İndoneziyanın insan alveri qanununu pozmaqda ittiham olunur və günahları təsdiqlənərsə, onları 15 ilə qədər həbs və 600 milyon rupiyə (təxminən 40 min dollar) qədər cərimə gözləyir.

Cakarta Polisinin Cinayət Axtarış Şöbəsinin direktoru Hengki Haryadi bildirib ki, saxlanılanlar sosial media vasitəsilə İndoneziyanın hər yerindən insanları işə götürməkdə və böyrək transplantasiyası üçün Kambocaya göndərməkdə günahlandırılırlar.

Sxem qurbanlarına hər birinə 135 milyon rupi (9000 dollar) vəd edilib.

"Zərərçəkənlər pula ehtiyac duyduqları üçün orqanlarını satmağa razılaşıblar. Onların əksəriyyəti pandemiya zamanı işlərini itirənlərdir", - Harjadi bildirib.

2019-cu ildə İndoneziya hakimiyyəti ölkənin ən böyük insan alveri işi ilə əlaqədar səkkiz nəfəri həbs edib, təxminən 1200 qurban ev işçisi kimi xaricə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu