İnsan alveri: dünyada 27 milyon qurban var


İnsan qaçaqmalçıları hər il 150 milyard dollar qazanır.


AFN.az xəbər verir ki, bu haqda Avstriyanın paytaxtı Vyanada ATƏT-in təşkilatçılığı ilə keçirilən "İnsan Alverinə Qarşı Alyansın 23-cü Konfransı" adlı tədbirdə bildirilib. Qeyd edilib ki, hazırda dünyada insan alverinin 27 milyon qurbanı var.

ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və koordinatoru Valiant Riçinin rəhbərlik etdiyi konfransda Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, həmçinin bir çox siyasətçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Riçi insan alverində tətbiq edilən üsulların inkişaf etdiyini, cinayətin miqyasının və strukturunun genişləndiyini, lakin idarələrin bu inkişafa cavab vermək qabiliyyəti və səyinin geridə qaldığını bildirib. "İnsan alveri ilə məşğul olan cinayət təşkilatları illik 150 milyard dollar gəlir əldə edirlər. Bu, 57 üzvlü ATƏT regionunda 33 ölkənin iqtisadiyyatından yüksəkdir", - deyə Riçi deyib. dedi.

ATƏT-in fəaliyyətdə olan sədri Bucar Osmani də 21-ci əsrdə insan alveri və müasir köləliyin davam etməsinin sarsıdıcı olduğunu bildirib və ATƏT regionunda bu problemin daha əhatəli şəkildə həlli üçün hər cür dəstəyi verməyə hazır olduqlarını deyib: "İnsan alveri insan təhlükəsizliyi ilə bağlı bir problemdir. İnsanları daim diqqətdə saxlayaraq insan qaçaqmalçılığı ilə mübarizə aparaq. Onların səsini, narahatlığını, ümidlərini, qorxularını eşitməliyik. Bütün sənədlərimizə insan siması qoyaq".

Tereza Mey insan alverinə qarşı milli səviyyədə daha güclü mövqe nümayiş etdirilməsinin lazım olduğunu bildirib: "Əlbəttə ki, bu mövzuda mövqe bildirişinin və ya siyasətin olması vacibdir, lakin tətbiq edilə bilən qanunların olması tamam başqa bir şeydir".

İnsan alverçilərinin zənginləşməsinə çox uzun müddətdir dözüldüyünü iddia edən Mey ATƏT-in 20 il əvvəl müəyyən etdiyi fəaliyyət planına qayıtmalı olduğunu, dövrün ən böyük insan haqları probleminin həllində güclü liderliyin ortaya qoyulmasının vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu