Blinken bir neçə ay ərzində Ukraynaya F-16 veriləcəyini deyir


ABŞ F-16 qırıcılarını Ukraynaya göndərəcək, lakin onların çatdırılması bir neçə ay çəkə bilər.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, qırıcıların tədarükü ilə bağlı qərar operativ şəkildə qəbul edilsə belə, F-16-ların Ukraynada istifadəyə başlaması bir neçə ay çəkəcək. Onun sözlərinə görə, belə bir müddət qırıcılara texniki xidmət göstərilməsi, pilotların isə təlim keçməsi ilə bağlıdır.

"Onları qəbul edərkən pilotların lazımi şəkildə təlim keçməsini, bu təyyarələrə xidmət göstərə bilməsini və onlardan ağıllı şəkildə istifadə etməsini təmin etmək vacibdir" - deyə Blinken qeyd edib.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, yaxın həftələrdə ukraynalı pilotların Amerikanın F-16 qırıcılarını idarə etməsi üçün təlimlərə başlanılacaq. O vurğulayıb ki, hazırda ABŞ hakimiyyəti Hollandiya, Rumıniya, Danimarka, Norveç və digər ölkələrdəki həmkarları ilə birgə təlim üçün yerlərin müəyyənləşdirilməsi ilə məşğuldur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu