ABŞ prezidenti ukraynalı pilotların F-16-da təlim keçməsinə icazə verib


ABŞ prezidenti Co Bayden ukraynalı pilotların F-16 qırıcılarında təlim keçməsinə icazə verib.


Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Onun sözlərinə görə, Danimarka və Hollandiya təlimlərdə aparıcı rol oynayacaq.

İyul ayında "Politico" Danimarka və Hollandiyanın başçılıq etdiyi 11 ölkədən ibarət koalisiyanın ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim verməyə hazır olduğunu, lakin ABŞ-ın rəsmi icazəsi olmadan bunu edə bilməyəcəyini bildirmişdi.

Eyni zamanda, nəşrin məlumatına görə, Ukrayna hərbçilərinin təliminə dəstək verən 11 dövlətdən heç biri hələlik bu proqram üçün təyyarə ayırmayıb.

Ağ Evdən verilən məlumata görə, əsas detallar, o cümlədən təlim kursunun tarixləri, yeri və müddəti hələ də işlənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu