İlk ukraynalı pilotlar Britaniyada F-16 təlim proqramını başa vurublar


Ukraynalı pilotların birinci qrupu Böyük Britaniyada əsas təlim proqramını başa vurub.



Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunur ki, təlimləri başa vuran 6 pilot Danimarkada F-16 qırıcılarında təlimlərə başlayıb. Daha on stajçı pilot əsas uçuş təlimi, aerotibbi təlim və sentrifuqa təlimi üçün Britaniyada qalıb.

Britaniyada ingilis dilində pilotluq və aviasiya terminologiyası üzrə xüsusi təlimləri əhatə edən təlim avqust ayında başladı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu