Çinin xarici işlər naziri Çin Qanq vəzifəsindən azad edilib


Bir müddət ictimaiyyət qarşısına çıxmadığı üçün vəziyyəti maraq doğuran xarici işlər naziri Çin Qanq vəzifəsindən azad edilib. Onun yerinə Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi təyin edilib.


"Şinhua" agentliyinin xəbərinə görə, 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin 4-cü iclasında qəbul edilən qərarla Çinin xarici işlər naziri və Mərkəzi Bankın sədri dəyişib.

Komitə bir müddət ictimaiyyət qarşısına çıxmayan Çinin xarici işlər nazirini vəzifəsindən azad edib və onun yerinə Vanqı təyin edib. Mərkəzi Bankın sədri Yi Qanq da vəzifəsindən azad edilib və onun yerinə Pan Qonqşinq gətirilib.

Çin Prezidenti Si Cinpin qəbul edilən qərarları təsdiq edən prezident fərmanı imzalayıb.

Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi keçmiş nazirin Çindəki durumu ilə bağlı heç bir açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu