Çinin itkin düşmüş keçmiş xarici işlər naziri parlamentdəki üzvlüyündən istefa verdi


Ötən il Çində bir müddət yoxa çıxandan sonra vəzifəsindən uzaqlaşdırılan keçmiş xarici işlər naziri Çin Qanqın Ümumçin Xalq Nümayəndələri Yığıncağı üzvlüyündən istefa verdiyi bildirilib.



Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsinin verdiyi açıqlamaya görə, Tianjin Xalq Konqresinin nümayəndəsi olan keçmiş nazirin istefası yerli qanunverici orqan tərəfindən qəbul edilib.

Çin Qanqın parlament üzvlüyündən çıxarılması və ya istefa ilə getməsi diqqət çəkib.

Ötən il iyunun sonunda yoxa çıxan sabiq nazirin taleyi qaranlıq olaraq qalır.

Çin Qanqın istefası onun hələ də sağ olduğunu və mühakimə olunmadığını göstərir. Çin qanunlarına görə, məhkum edilmiş şəxs siyasi hüquqlarından yararlana bilməz. Lakin onun hələ də ictimaiyyət qarşısına çıxmaması keçmiş nazirin hansısa məhkəmə nəzarəti altında saxlanmasından xəbər verir.

Çin Qanqı 25 iyun 2023-cü ildə yoxa çıxdıqdan sonra 25 iyul 2023-cü ildə heç bir səbəb göstərilmədən işdən çıxarılıb. Sabiq nazir barəsində hələ ki, heç bir hüquqi proses başlanmayıb.

Çin Qanqdan təxminən 2 ay sonra, 2023-cü ilin avqustunda qəfil yoxa çıxdıqdan sonra vəzifəsindən azad edilən keçmiş müdafiə naziri Li Şanqfu da Mərkəzi Hərbi Komissiya üzvlüyündən çıxarılıb.

İşdən çıxarılmasına baxmayaraq Mərkəzi Hərbi Komissiyanın internet saytında üzv kimi görünməyə davam edən Linin adı üzvlükdən çıxarılıb.

2023-cü il oktyabrın 24-də nazir vəzifəsindən uzaqlaşdırılan Linin də taleyi qeyri-müəyyəndir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu