Bolqarıstanın baş naziri Denkov istefa verib
Bolqarıstanın baş naziri Nikoyay Denkov istefa verib.
Nazirlər Şurasının Mətbuat Mərkəzindən verilən məlumata görə, baş nazir Nikolay Denkov istefa ərizəsini parlamentə təqdim edib.
Denkov açıqlamasında istefasını koalisiya tərəfdaşı Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyası ilə danışıqlara dəvət kimi qiymətləndirib və “İstefam siyasi oyun deyil, siyasi bir oyunun nəticəsidir. əvvəllər verilmiş sözdür” - deyə bildirib.
Hökumətinin növbəti hökumət qurulana qədər vəzifəsini davam etdirəcəyini deyən Denkov, Mariya Qabrielin baş nazir olacağı hökumətdə baş nazirin müavini olmağı gözlədiyini qeyd edib.
GERB partiyası ilə Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) ittifaqı arasında bağlanan razılaşmaya əsasən, Denkovun 9 aylıq səlahiyyət müddəti martın 6-da başa çatır.
PP-DB ittifaqını təmsil edən baş nazir olan Denkov vəzifəsini GERB partiyasını təmsil edən xarici işlər naziri Mariya Qabrielə həvalə edəcək.
Denkov 6 iyun 2023-cü ildə parlamentin etimad səsverməsindən sonra baş nazir olub.
Denkovun istefası parlament tərəfindən təsdiqlənməlidir